Mata Yaponiya klubunda
Xuan Matanın yeni klubu bəlli olub. İspaniya millisinin sabiq futbolçusu karyerasını Yaponiyada davam etdirəcək.
“Mançester Yunayted” və “Çelsi”də oynamış ulduz “Vissel Kobe”yə keçib. 35 yaşlı yarımmüdafiəçi yeni komandasına azad agent kimi qoşulub.
Mata “Qalatasaray”dan ayrıldıqdan sonra klubsuz idi.
Qeyd edək ki, ona qədər digər ispaniyalı Andres İnyesta bu klubda 5 il forma geyinib.