Mata “Vissel Kobe”ni tərk etdi
Xuan Mata “Vissel Kobe”ni tərk edib. Futbolçu başa çatan müqaviləsini yeniləməyib.
O, bu barədə açıqlama verib:
“Klubun ilk dəfə çempionluq qazandığı tarixin bir hissəsi olduğum üçün çox xoşbəxtəm. Birlikdə yaşadığımız anları heç vaxt unutmayacam”..
Mata 2023-cü ilin sentyabrında “Vissel Kobe”yə keçib və Yaponiya klubunda 1 oyun keçirib.