“Masters”in daha 2 iştirakçısı müəyyənləşdi
Parisdə keçiriləcək “Masters” turnirinin daha iki iştirakçısı müəyyənləşib. Tennisin canlı əfsanələrinə çevrilən raketka ustaları yarışa qatılacaqlar.
Novak Cokoviç və Rafael Nadal turnirdə çıxış edəcəklərini təsdiqləyiblər. Yarış oktyabrın 31-dən noyabrın 6-dək keçiriləcək.