Masazırda qolsuz bərabərlik
Azərbaycan Premyer Liqasının XI turu davam edir. Bu gün daha bir matç baş tutub.
“Sabah” “Neftçi”ni qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Meydan sahibləri penalti qazansa da, bundan yararlana bilməyib. Nəticədə tərəflər hərəyə bir xal qazanıb – 0:0.
Qeyd edək ki, tura “Qarabağ” – “Şamaxı” matçı ilə yekun vurulacaq.