Masazırda qalib müəyyənləşmədi

Masazırda qalib müəyyənləşmədi

Azərbaycan Premyer Liqasında XIII tur davam edir. Bu gün daha bir matç baş tutub.

“Sabah” “Kəpəz”i qəbul edib. Görüşə qonaqlar fəal başlayıb. Gəncəlilər Orxan Əliyevlə hesabı açıblar. Lakin meydan sahiblərinə oyunda dönüş yaratmağı bacarıb. Öncə komandanın hücumu zamanı Əliyev tərs toxunuşla avtoqol müəllifi olub. Ardınca Kahim Parris “bayquşlar”ı önə keçirib. Lakin qonaqlar matçın son dəqiqələrində Nicat Süleymanovun qolu ilə 1 xal qazanmağı bacarıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

“Barselona”da ayrılıq

Növbəti yazı

Militao mövsümü başa vurdu