Masazırda qalib müəyyənləşmədi
Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub. Bu gün daha bir matç keçirilib.
“Sabah” “Sumqayıt”ı qəbul edib. Görüşdə hesabı meydan sahibləri açıb. Coy Lens Mikels fərqlənib. Çox keçmədən Rüstəm Əhmədzadə oyuna tarazlıq gətirən qolu vurub – 1:1.
Tərəflərin səylərinə baxmayaraq, matçda hesab dəyişməyib.












