Masazırda qalib müəyyənləşmədi

Masazırda qalib müəyyənləşmədi

Azərbaycan Premyer Liqasında XXV tur davam edir. Bu gün daha bir matç keçirilib.

“Sabah” “Araz-Naxçıvan”ı qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Oyunda hesabı meydan sahibləri açıb. Xəyal Əliyev fərqlənib. Lakin çox keçmədən Brahim Diaz qonaqları sevindirib.

İkinci yarıda “Sabah” yenidən hesabda önə çıxıb. Sofian Çakla adını tabloya yazdırıb. Buna baxmayaraq, Ülvi İsgəndərov komandasına 1 xal qazandıran qolu vurmağı bacarıb – 2:2.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

“Zirə”dən inamlı qələbə

Növbəti yazı

NTD səfərdə 3 xala sevindi