Martinezdən yeni rekord
“İnter”in hücumçusu Lautaro Martinez Çempionlar Liqasında 19-cu dəfə fərqlənib. Argentinalı futbolçu 1/4 finalda “Bavariya” ilə görüşün 38-ci dəqiqəsində hesabı açıb.
Martines bu qolla “İnter”in turnirdəki bombardiri ünvanına sahib olub. Lautaro hesabında 18 top olan braziliyalı forvard Adrianonu arxada qoyub.
Qeyd edək ki, Münhendə keçirilən qarşılaşma Milan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Cavab matçı bir həftə sonra İtaliyada olacaq.