Martinezdən yeni qərar
“İnter”in futbolçusu Lautaro Martinez qərarını verib. O, karyerasını “Barselona”da davam etdirmək niyyətindədir.
Hücumçu Kataloniya komandasına keçid imkanını dəyərləndirir. O, özünü “Barselona”nın hazırkı forvardı Robert Levandovskinin uzunmüddətli əvəzləyicisi kimi görür.
Qeyd edək ki, onun Milan təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.













