Martinez ən yaxşı adına layiq görüldü
2024-cü ilin ən yaxşı qapıçısı bəlli olub. İFFHS ölkələr üzrə nümayəndələri arasında keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.
Argentina millisinin və “Aston Villa”nın qapıçısı Emiliano Martines 167 xalla hamını qabaqlayıb. 91 xal toplayan “Atletik”in ispaniyalı əlcək sahibi Unay Simon ikinci olub. İlk “üçlüy”ü Gürcüstan millisinin və “Valensiya”nın futbolçusu Georgi Mamardaşvili qapayıb – 55 xal.
Qeyd edək ki, Emiliano 2022-ci və 2023-cü illərdə 2-ci yeri tutub.