Martines “Yunayted”lə məşqlərə başladı
Lisandro Martines yenidən “Mançester Yunayted”in əsas heyəti ilə birgə məşqə başlayıb.
Argentina millisinin müdafiəçisi uzun fasilədən sonra ağır zədəsini sağaldaraq komandanın tam məşq prosesində iştirak edib.
Futbolçu 2 fevral tarixində “Kristal Pelas”la oyunda dizinin xaçvari bağlarını zədələmişdi. Həmin görüş “Mançester Yunayted”in 0:2 hesablı məğlubiyyəti ilə başa çatmışdı.












