Martines “Arsenal”ın maraq dairəsində

Martines “Arsenal”ın maraq dairəsində

“Arsenal” heyətini gücləndirməyi planlaşdırır. Klub “İnter”in hücumçusu Lautaro Martinesi transfer etmək niyyətindədir.

“Topçular” yay “transfer pəncərəsi”ndə 27 yaşlı argentinalı hücumçu üçün 120 milyon avrodan çox məbləğ xərcləmək istəyir. İngiltərə klubu qış fasiləsində heç kimi heyətinə qata bilməyib.

Qeyd edək ki, L.Martines bu mövsüm bütün turnirlərdə 31 oyunda 15 qol vurub və 6 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 100 milyon avro qiymətləndirir.

ETOPAZ

Əvvəlki yazı

Millimizin rəqibləri bəlli oldu

Növbəti yazı

“Araz-Naxçıvan”dan minimalhesablı qələbə