Marseloya daha bir müştəri
“Real”ın futbolçusu Marselo daha bir klubun maraq dairəsinə düşüb. “Palmeyras” müdafiəçini heyətinə qatmağı hədəfləyib.
Klub rəhbərliyi artıq 33 yaşlı braziliyalı üçün müqavilə təklifi hazırlayıb və yaxın müddətdə danışıqlara başlayacaq. 2022-ci ilin yayında müqaviləsi başa çatacaq Marselonun vətəninə qayıdacağı gözləniləndir. Onun xidmətində “Fluminense” də maraqlıdır.