“Marsel”in sabiq çalışdırıcısı vəfat etdi
“Marsel”in sabiq baş məşqçisi Jan-Lui Qasse vəfat edib. O, 72 yaşında həyata gözlərini yumub.
Ölüm səbəbi açıqlanmayıb. Qassenin son iş yeri 2025-ci ilin aprelində ayrıldığı “Monpelye” olub.
Fransız mütəxəssis “Sent-Etyen”, “Bordo”, “Marsel”, “İstr”, “Kan” klublarını və Kot-divuar yığmasını çalışdırıb, həmçinin PSJ-də və Fransa millisində Loran Blanın məşqçilər heyətində yer alıb.










