“Marsel”dən yeni transfer

“Marsel”dən yeni transfer

“Marsel” yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib. Liqa 1 təmsilçisi “Feyenoord”dan Kvinten Timberi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransa təmsilçisi niderlandlı futbolçu üçün Niderland klubuna 4,5 milyon avro ödəyib. 24 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Feyenoord” Kvinten Timberi 2022-ci ilin yayında “Utrext”dən transfer etmişdi.

ETOPAZ

Əvvəlki yazı

Rövşən Nəcəf FIFA prezidenti ilə görüşdü

Növbəti yazı

Lanq rəsmən “Qalatasaray”da