Marrey Monte-Karloda
Monte-Karlodakı “Masters”in iştirakçı siyahısında dəyişiklik olub. Denis Şapovalov yarışda iştirak etməyəcək.
Kanadalı turnirdən çıxan 5-ci aparıcı tennisçidir. Ona qədər Rafael Nadal, Karlos Alkaras, Feliks Oje-Alyassim və Pablo Karreno-Busta da eyni addımı atıb.
“Masters”in əsas setkasında Şapovalovu əvəzləyəcək tennisçi də müəyyənləşib. Dünyanın sabiq birinci raketkası Endi Marrey bu vəsiqəyə sahib çıxıb.