Marrey karyerasını bitirəcək

Marrey karyerasını bitirəcək

Endi Marrey karyerasını bitirəcək. O, Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarından sonra tennislə vidalaşacaq.

İdmançı Paris-2024-ün onun üçün sonuncu yarış olduğunu açıqlayıb. 37 yaşlı tennisçi olimpiadada iştirak edəcəyi üçün qürur duyduğunu deyib.

Qeyd edək ki, Marrey karyerası ərzində iki dəfə olimpiadanın və “Uimbldon” turnirinin, bir dəfə isə ABŞ açıq çempionatının qalibi olub.

ETOPAZ

Əvvəlki yazı

TFF-də yeni təyinat

Növbəti yazı

Osimhen “Napoli”ni tərk etmək istəyir