Marrey Devis kubokunda oynamayacaq
Devis kubokunun iştirakçıları siyahısında dəyişiklik olub. Endi Marrey yarışa qatılmayacaq.
Bunu tennisçinin özü açıqlayıb. O bildirib ki, zədə üzündən yarışın həlledici mərhələsində oynamayacaq.
Noyabrın 21-26-da Malaqada keçiriləcək yarışda Böyük Britaniya Serbiya ilə üz-üzə gələcək. Marrey Novak Cokoviçlə qarşılaşmalı idi.