Marmuş “Mançester Siti”də
“Mançester Siti” Omar Marmuşun keçidini həll edib. Misirli futbolçu ilə 5 illik müqavilə imzalanacaq.
Transferin detalları barədə məlumat yayılmayıb. “Mançester Siti”nin Marmuşa görə “Ayntraxt”a təxminən 70 milyon avro ödəyəcəyi bildirilib.
Qeyd edək ki, Omar 2024/2025 mövsümündə Almaniya Bundesliqasında 17 oyunda 15 qol vurub, 10 ötürmə verib.