Marko Yankoviç: “Sabah da nəticə qazana bilərik”

Marko Yankoviç: “Sabah da nəticə qazana bilərik”

“Qarabağ” sabah UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti matçını keçirəcək. Komanda “Napoli” ilə qarşılaşacaq.

Oyundan öncə keçirilən mətbuat konfransında ağdamlıların futbolçusu Marko Yankoviç iştirak edib. Sizi futbolçunun fikirləri ilə tanış edirik:

“Napoli” güclü komandadır. Bilirik ki, İtaliyada çempion olublar. Çox maraqlı oyun olacaq. Öz oyunumuzu göstərəcəyik. Məqsədimiz bacardığımızın maksimumunu nümayiş etdirməkdir. Böyük komandalarla görüşlərdə qələbə də, məğlubiyyət də, heç-heçə də ola bilər. Biz çalışacağıq. Əlbəttə, çətin olacaq. “Napoli” öz meydanında oynayır. Bizim də iddialarımız var. Yeddi xalımız var və bununla göstərdik ki, böyük komandalara qarşı da oynaya bilərik. Ümid edirəm ki, sabah da nəticə qazana bilərik”.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: “Meydanda çox diqqətli, əzmkar olmalıyıq”

Növbəti yazı

“Atletiko”da ciddi itki