Marko Yankoviç: “İstənilən rəqibə qarşı yaxşı oyun sərgiləyəcək gücdəyik”

Marko Yankoviç: “İstənilən rəqibə qarşı yaxşı oyun sərgiləyəcək gücdəyik”

UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) matçından öncə ağdamlıların yarımmüdafiəçisi Marko Yankoviç mətbuat konfransında iştirak edib. Futbolçu sabah baş tutacaq görüş barədə fikirlərini bildirib:

“Motivasiyamız yüksəkdir. Hər birimiz yaxşı nəticə əldə etmək niyyətindəyik. Keçmişdəki matçlar göstərir ki, istənilən rəqibə qarşı yaxşı oyun sərgiləyəcək gücdəyik. Sabah qalib gələ və ya məğlub ola bilərik. Futbolun gözəlliyi ondadır ki, istənilən nəticə qeydə alına bilər. Ümid edirik ki, nəticə bizim üçün yaxşı olacaq”

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: “Bu cür komandalardan çəkinməməliyik”

Növbəti yazı

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər