Marko Yankoviç: “Bu bizim üçün şərəfdir”
Çempionlar Liqasının VIII turunda “Liverpul” “Qarabağ”ı qəbul edəcək.
Matçdan öncə ağdamlıların futbolçusu Marko Yankoviç mətbuat konfransında iştirak edib. Sizi onun fikirləri ilə tanış edirik:
“Baş məşqçimizin dediyi kimi, biz dünyanın ən gözəl stadionlarından birində və güclü komandaya qarşı oynayacağıq. Bu bizim üçün bir şərəfdir və burada olduğumuza görə xoşbəxtik. Sabah isə yaxşı bir oyun göstərməyi ümid edirik. Təbii ki, qarşı tərəfə hörmətimiz var. Onlar evdə çıxış edirlər, biz isə qonağıq. Sabahkı matçda uğurlu nəticəyə ümid edirik”.












