Marko Veşoviç: “Xallara ehtiyacımız var”
Avropa Liqasının VI turu davam edir. Sabah “Elfsborq” “Qarabağ”la qarşılaşacaq.
Matçdan öncə ağdamlıların futbolçusu Marko Veşoviç mətbuat konfransında iştirak edib.
“Sabah bizi çətin rəqibə qarşı ağır oyun gözləyir. Həftə ərzində matça yaxşı hazırlaşmışıq. Xallara ehtiyacımız var. Ümid edirəm ki, sabah istədiyimiz oyunu nümayiş etdirib nəticə ilə evə qayıdacağıq və qələbə öz azarkeşlərimizlə qeyd edəcəyik”.