Marko Roys zədələndi
Dortmund “Borussiya”sının futbolçusu Marko Roys zədələnib. Yarımmüdafiəçi Bundesliqanın “Şalke” ilə matçında xəsarət alıb.
Kapitan ilk yarıda rəqib futbolçu ilə toqquşub. Meydandan qalxa bilməyən Roys xərəkdə aparılıb.
Marko göz yaşlarını saxlaya bilməyib. Ağlayan futbolçu DÇ-2022-ni buraxmaq təhlükəsi ilə üzləşib.
Qeyd edək ki, Roys Almaniya millisinin çempionu olduğu DÇ-2014-ü də zədə üzündən buraxmalı olub.