Markinyos yenidən kapitan seçildi
PSJ-nin kapitanı bəlli olub. Baş məşqçi Luis Enrikenin təşəbbüsü ilə kapitanı komandanın futbolçuları seçib.
Bunun üçün onlar arasında gizli səsvermə keçirilib. Braziliya millisinin 29 yaşlı müdafiəçisi Markinyos Fransa klubunun kapitanı olub. Əvvəllər də bu vəzifəni yerinə yetirən arxa xətt oyunçusunun vitse-kapitanları da müəyyənləşib. Portuqaliyalı Danilu Pereyra, fransalılar Presnel Kimpembe və Kilian Mbappe Markinyosun yoxluğunda sarğını daşıyacaq.