Mark Qehi “Mançester Siti”də

Mark Qehi “Mançester Siti”də

“Mançester Siti” müdafiə xəttini yeni oyunçu ilə gücləndirib. “Şəhərlilər” “Kristal Pelas”ın kapitanı Mark Qehini transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Mançester Siti” ingiltərəli futbolçu üçün klubuna 23 milyon avro təzminat ödəyib. 25 yaşlı mərkəz müdafiəçisi ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, “Kristal Pelas” Mark Qehini 2021-ci ilin yayında “Çelsi”dən transfer etmişdi.

ETOPAZ

Əvvəlki yazı

“Vest Hem”in futbolçusu əməliyyat olundu

Növbəti yazı

“Karvan-Yevlax”dan Azər Həşimovla bağlı açıqlama