Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Mariya Stadnik 1/4 finalda məğlub oldu
Paris-2024 Yay Olimpiya Oyunları davam edir. Bu gün güləş yarışlarında daha üç çəkidə mübarizəyə start verilib.
Qadın güləşində bir kateqoriyada ilk qarşılaşmalar keçirilir. Azərbaycanın bu növdəki yeganə təmsilçisi Mariya Stadnik özünün 5-ci Olimpiadasında Olimpi fəth etməyə çalışıb. Olimpiya Oyunlarının ikiqat gümüş və ikiqat bürünc mükafatçısı yarışa 1/8 finaldan başlayıb. Onun ilk rəqibi Anastasiya Blavyas (Almaniya) olub. Millimizin lideri görüşü inamlı qələbə ilə bitirib. Stadnik alman güləşçini 6:2 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Təmsilçimiz ikinci qarşılaşmasında Otqonjarqal Dolqorjavla (Monqolustan) güləşib. Gərgin keçən görüş 4:4 hesabı ilə başa çatıb və xalların keyfiyyətinə görə rəqib mərhələ adlayıb.