Mariya Stadnik Avropa çempionu oldu
Xorvatiyanın paytaxtı Zaqrebdə Avropa çempionatı keçirilir. Yığmamız bu gün daha bir qızıl medal qazanıb.
Millimizin qadın güləşçisi Mariya Stadnik final görüşünə çıxıb. 50 kq çəkidə mübarizə aparan təmsilçimiz həlledici qarşılaşmada ukraynalı Oksana Livaçı məğlub edib. 9:4 hesabı ilə qalib gələn Stadnik 9-cu dəfə Avropa çempionu olub.