Marinin yeni klubu bəlli oldu
“Arsenal”ın sabiq futbolçusu Pablo Marinin yeni klubu bəlli olub. Müdafiəçi karyerasını İtaliyada davam etdirəcək.
O, “Fiorentina” ilə müqavilə imzalayıb. Mari cari mövsümə “Montsa”da başlayıb.
Qeyd edək ki, müdafiəçi cari mövsüm bütün turnirlərdə 21 oyun keçirib.