Maradonaya yeni şərik

Maradonaya yeni şərik

Dünya çempionatlarının bombardirləri siyahısında dəyişiklik olub. 8-ci qolunu Qana ilə oyunda (3:2) Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo cədvəldə irəliləyib.

37 yaşlı forvard argentinalı Dieqo Maradona, braziliyalı Rivaldo və almaniyalı Rudi Föllerə çatıb. Bu üç oyunçunun da aktivində 8 qol var.

Dünya çempionatlarının rekordçusu Miroslav Klozedir. Almaniyalı Ronaldonu ikiqat fərqlə qabaqlayır – 16 qol. Argentinalı Lionel Messi isə 7 dəfə rəqib qapılarına yol tapıb.

ETOPAZ

Əvvəlki yazı

Start sindromu qırıldı

Növbəti yazı

Riçarlison Braziliyaya qələbə qazandırdı