Maquayr daha bir il “Mançester Yunayted”də

Maquayr daha bir il “Mançester Yunayted”də

Harri Maquayrın taleyinə aydınlıq gəlib. O, daha bir il “Mançester Yunayted”də çıxış edəcək.

Bu barədə komandanın baş məşqçisi Ruben Amorim məlumat verib. Təcrübəli müdafiəçinin klubla müqaviləsi mövsümün sonunda bitəcək. Portuqaliyalı mütəxəssisin qərarından sonra “Mançester Yunayted” 31 yaşlı futbolçunun müqaviləsindəki müddətin artırılması maddəsini aktiv edib. Amorim Maquayrın lider keyfiyyətlərini qeyd edərək, meydanda ona ehtiyac olduğunu vurğulayıb.

Qeyd edək ki, Harri 2019-cu ildən komandada çıxış edir. O, 222 dəfə “qırmızı şeytanlar”ın heyətində meydana çıxıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 04.01.2025

Növbəti yazı

Kyeza İtaliya yolunda