Mane “Liverpul”un tarixinə düşdü
Seneqallı hücumçu Sadio Mane “Liverpul”un tarixinə düşüb. O, Premyer Liqanın “Enfild Roud” stadionunda keçirilən matçlarında 50 qol vuran 5-ci futbolçu olub. Mane II turun “Bernli” ilə görüşündə bu göstəriciyə çatıb.
Onadək mersisaydlıların dörd oyunçusu doğma meydanda 50 və ya daha çox qol vurmağı bacarıb. Bunlar Robbi Fauler, Stiven Cerrard, Maykl Ouen və Məhəmməd Salahdır.