Mane DÇ-də iştirak edə bilməyəcək

Mane DÇ-də iştirak edə bilməyəcək

Seneqal millisinin və “Bavariya”nın futbolçusu Sadio Manenin durumuna aydınlıq gəlib. Bunu Fransanın “Ekip” nəşri açıqlayıb.

Bildirilir ki, Bundesliqanın “Verder”lə oyununda (6:1) zədələnən vinger DÇ-2022-də iştirak etməyəcək. Onun aldığı xəsarət Qətərdəki mundiala qatılmasına imkan vermir. Sadio yalnız bir neçə həftədən sonra məşqlərə başlaya bilər və matçlara hazır olması üçün daha çox zamana ehtiyacı var.

Qeyd edək ki, Mane yığmadakı 89 oyunda 33 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” seriyasını davam etdirir

Növbəti yazı

“Everton”un hədəfindəki qapıçı