Mane ”Çelsi”nin hədəfində
“Çelsi” heyətini gücləndirməyi planlaşdırır. ”Zadəganlar” “Bavariya”nın futbolçusuna elçi düşüb.
London klubu Sadio Maneni heyətə cəlb etmək üçün almanlarla danışıqlara başlayıb. Mayın 7-də Münhendə keçirilən ilk görüşün müsbət alındığı bildirilir. 31 yaşlı hücumçunun transferində rəqiblərini qabaqlayan “zadəganlar” qısa müddətdə bu keçidi həll etməyə çalışır.