Mandas “Bornmut” yolunda
“Latsio”nun qapıçısı Xristos Mandas komandanı tərk edəcək. O, karyerasını “Bornmut”da davam etdirəcək.
Tərəflər 24 yaşlı futbolçunun transferi barədə razılığa gəliblər. İngiltərə təmsilçisi Mandası icarəyə götürəcək.
“Bornmut” bunun üçün 3 milyon avro ödəyəcək. Müqavilədə 18 milyon avroluq satınalma bəndi də yer alacaq.












