Mançini “Tottenhem”ə keçə bilər
İtaliya yığmasının baş məşqçisi Roberto Mançini karyerasını Premyer Liqasında davam etdirə bilər. İtaliyalı mütəxəssisin xidmətində “Tottenhem” maraqlıdır.
İngiltərə klubu onu Antonio Kontenin potensial əvəzedicisi kimi görür. Həmçinin, “Brayton”un baş məşqçisi Qrem Potter də bu posta namizəddir.
Qeyd edək ki, Mançini Premyer Liqada təcrübəyə malikdir. O, 2009-13-cü illərdə “Mançester Siti”yə rəhbərlik edib.