Mançini Qətər klubunda
Roberto Mançininin yeni iş yeri bəlli olub. O, “Al-Sadd” klubuna rəhbərlik edəcək.
60 yaşlı mütəxəssis Qətər təmsilçisində işləməyə razı olduğunu bildirib. Bu barədə insayder Fabritsio Romano məlumat verib.
Mançini ilə “Al-Sadd” arasında imzalanacaq müqavilədə məşqçinin 2026-cı ilin yayında klubdan ayrılma ehtimalını nəzərdə tutan maddə olacaq.
Qeyd edək ki, komanda Qətər çempionatının turnir cədvəlində 6-cı yeri tutur.













