“Mançester Yunayted”in transfer hədəfi

“Mançester Yunayted”in transfer hədəfi

“Mançester Yunayted” heyətini gücləndirmək niyyətindədir. Klub qış transfer pəncərəsində “Brayton”un mərkəz yarımmüdafiəçisi Karlos Balebanın mümkün transferi ilə bağlı danışıqlar aparıb.

İngiltərə nəhəngi müqavilənin şərtlərini araşdırıb. Lakin danışıqlarda irəliləyiş gözlənilmir. Buna səbəb “Brayton”un futbolçunun yaya qədər komandada qalmasını istəməsidir.

Baleba ilə yanaşı “Yunayted”in əsas hədəfləri arasında “Nottingem Forest”dən Elyot Anderson, “Kristal Palas”dan Adam Uarton və “Vulverhempton”dan Rodriqo Martins Qomes var.

ETOPAZ

Əvvəlki yazı

Solomonun yeni klubu bəlli oldu

Növbəti yazı

Raspadori “Roma” yolunda