“Mançester Yunayted”in ten Haq planı
“Mançester Yunayted”də ayrılıq baş verə bilər. Komandanın baş məşqçisi Erik ten Haq mövsümün sonunda işini itirmək təhlükəsi ilə üzləşib.
“Qırmızı şeytanlar”ın rəhbərliyi hazırkı durumdan narazıdır. Klub rəsmilərinin səbrləri tükənib. “Mançester Yunayted” mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, ten Haq istefaya göndəriləcək.