“Mançester Yunayted”in Ronaldonu itirmək təhlükəsi

“Mançester Yunayted”in Ronaldonu itirmək təhlükəsi

Kriştiano Ronaldo 2022-ci ilin yayında “Mançester Yunayted”i tərk edə bilər. İngiltərə klubu Çempionlar Liqasına vəsiqə qazana bilməsə, portuqaliyalı ulduzu da itirəcək.

36 yaşlı hücumçu komandasının indiki nəticələrindən ciddi narazıdır. Ronaldo Avropa Liqasında oynamaq fikrində deyil. Bu üzdən də Mançester təmsilçisinin heyətində Çempionlar Liqasından aşağı səviyyəli qitə turnirində oynamamağa üstünlük verir. Kriştiano 2003-09-cu illərdə də şərəfini qoruduğu “Mançester Yunayted”ə qayıdışından sonra 13 oyunda 9 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Almaniya yığmasının 5 futbolçusu karantində

Növbəti yazı

Poqbanın durumuna aydınlıq gəldi