“Mançester Yunayted”in növbəti transfer hədəfi
“Mançester Yunayted” daha bir futbolçunu heyətinə qatmaq niyyətindədir. Klub “Nyukasl”ın hücumçusu Allen Sen-Maksimini transfer etməyi düşünür.
25 yaşlı fransalı ilə “Çelsi” və “Tottenhem” də maraqlanır. Hücumçu 2019-cu ildə “Nitsa”dan “Nyukasl”a keçib. Onun hazırkı müqaviləsi 2 ildən sonra başa çatır.