“Mançester Yunayted”in namizədləri

“Mançester Yunayted”in namizədləri

“Mançester Yunayted”in baş məşqçisi postuna namizədlərin siyahısı bəlli olub. İngiltərə təmsilçisi 4 mütəxəssis arasında seçim edəcək.

Hazırda komandaya rəhbərlik edən müvəqqəti baş məşqçi Ralf Ranqnik mövsüm başa çatan kimi klubda digər vəzifəyə keçəcək. Bu üzdən “Mançester Yunayted” rəhbərliyi onu əvəzləyəcək baş məşqçi axtarışlarını sürətləndirib. Namizədlər siyahısında Maurisio Poçettino (PSJ), Erik Ten Haq (“Ayaks”), Luis Enrike (İspaniya yığması) və Xulen Lopeteqi (“Sevilya”) yer alıb. Ranqnik Ole-Qunnar Sulşerin istefasından sonra boş qalan posta mövsümün sonunadək müvəqqəti təyin olunub.

ETOPAZ

Əvvəlki yazı

“Çelsi”də 18 yaşlı müdafiəçi

Növbəti yazı

“Bavariya” üçün 70 milyonluq futbolçu