“Mançester Yunayted”in hədəfindəki gənc
“Mançester Yunayted” arxa xəttini gücləndirmək niyyətindədir. İngiltərə klubu “Sportinq”in müdafiəçisi Qonzalo İnasionu transfer etməkdə maraqlıdır.
Mankunianlar hələ ki, 20 yaşlı portuqaliyalını almaq üçün klubuna rəsmi təklif göndərməyib. Baş məşqçi Ruben Amorim onun növbəti mövsümdə də komandada qalmasını istədiyi üçün “Sportinq” müdafiəçini satmaq istəmir.
Eyni zamanda Portuqaliya təmsilçisi İnasionu 45 milyon avrodan aşağı qiymətə satmayacaq. Bu kompensasiya məbləği müqavilədə yazılıb.
Qeyd edək ki, İnasio bu mövsüm “Sportinq”in heyətində 42 oyunda 5 qol vurub və 2 məhsuldar ötürmə edib. Müdafiəçinin klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.