“Mançester Yunayted”in hədəfindəki fransalı

“Mançester Yunayted”in hədəfindəki fransalı

“Mançester Yunayted” heyətini gücləndirmək üçün çalışmaları davam etdirir. Klub rəhbərliyi “Leypsiq”in futbolçusu Kristofer Nkunkunu transfer etmək arzusundadır.

İngilislərin skautları Avropa Liqasının “Atalanta” ilə matçında yarımmüdafiəçini izləyib. Premyer Liqa klubu 24 yaşlı fransalını yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Nkunkunun xidmətində PSJ də maraqlıdır. Parislilər onun üçün 70 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Nkunkunun Bundesliqa klubu ilə müqaviləsi 2024-cü ildə başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

Kuadrado daha bir mövsüm “Yuventus”da

Növbəti yazı

Fokina karyerasında ilk dəfə