“Mançester Yunayted”in futbolçusu qarət olundu

“Mançester Yunayted”in futbolçusu qarət olundu

İngiltərənin “Mançester Yunayted” klubunun daha bir futbolçusu qarət olunub. Müqavilə ilə “qırmızı şeytanlar”a məxsus olan Tahit Çonun evi soyulub.

İcarə əsasında “Birmingem Siti”də oynayan 23 yaşlı hücumçunun evinə gecə vaxtı maskalı şəxslər hücum ediblər. Onlar niderlandlı oyunçunun boğazına bıçağı dirəyərək, evindən minlərlə funt sterlinq dəyərində qızıl-zinət və digər qiymətli əşyaları aparıblar.

Qeyd edək ki, daha əvvəl “Mançester Yunayted”in digər oyunçuları Pol Poqba, Viktor Lindelef və Cessi Linqardın da evi qarət olunub.

ETOPAZ

Əvvəlki yazı

Tsitsipasdan 50-ci zəfər

Növbəti yazı

“Barselona”da maliyyə problemi