“Mançester Yunayted”ın futbolçusu özünə klub tapdı
“Mançester Yunayted”in futbolçusu Andrea Pereyranın yeni klubu müəyyənləşib. 26 yaşlı yarımmüdafiəçi “Fulhem”ə transfer olunub.
Bunu London klubunun mətbuat xidməti açıqlayıb. Onunla 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Pereyra bunadək “Flamenqo”da icarədə idi.