“Mançester Yunayted”dən rekord zərər

“Mançester Yunayted”dən rekord zərər

Son mövsüm ərzində transferlərdən ən çox ziyana düşən “Böyük beşlik” klubları bəlli olub. “Mançester Yunayted”in aldığı və satdığı oyunçular arasında fərq 1 milyard avronu keçib.

Bu müddətdə klub 1 milyard 545 milyonluq oyunçu alıb. Mançesterlilərin satdığı futbolçular isə cəmi 470 milyona bərabər olub.

“Mançester Siti” və PSJ ən çox ziyana düşən üç klub sırasındadır. “Onluq”da İngiltərənin 6 təmsilçisi yer alıb.

1. “Mançester Yunayted” – 1075

2. “Mançester Siti” – 984

3. PSJ – 941

4. “Barselona” – 650

5. “Arsenal” – 583

6. “Yuventus” – 561

7. “Milan” – 432

8. “Everton” – 429

9. “Aston Villa” – 424

10. “Çelsi” – 413

e-Topaz

Əvvəlki yazı

Mbappe “Real”la oyunları gözləyir

Növbəti yazı

Covinko qayıtdı