“Mançester Yunayted”dən Marsial qərarı
Antoni Marsialın “Mançester Yunayted”dəki perspektivinə aydınlıq gəlib. Klub rəhbərliyi fransalını bu yay satmayacaq.
Baş məşqçi Erik Ten Haq Marsialı heyətdə saxlamağa qərar verib. O, bu yay keçirilən hər üç yoxlama oyununda qol vurub.
Antoni 2015-ci ildən Mançester klubuna məxsusdur. Hücumçu ötən mövsümün ikinci hissəsində “Sevilya”da icarədə olub.