“Mançester Yunayted”dən daha bir uğursuz göstərici
“Mançester Yunayted” daha bir uğursuzluğa düçar olub. Klub 44 ildən sonra ilk dəfə ardıcıl üç oyunda üç qol buraxıb.
Erik ten Haqın komandası Premyer Liqanın 4-cü turunda “Arsenal”a (1:3), 5-ci turunda “Brayton”a (1:3), Çempionlar Liqasının 1-ci turunda isə “Bavariya”ya (3:4) uduzub. Bu rəqəm 1978-ci ilin dekabrından bəri antirekorddur.