“Mançester Yunayted”dən Antoni qərarı
“Mançester Yunayted”in futbolçusu Antoni karyerasını İspaniyada davam etdirməyə yaxındır. Braziliyalı “Betis”lə müqavilənin detallarını razılaşdırıb.
Klublar arasında danışıqlar isə bu həftə yekunlaşmalıdır. 24 yaşlı vinger mövsümün sonunadək icarəyə veriləcək. Onun maaşının bir hissəsini Mançester təmsilçisi ödəyəcək.
Qeyd edək ki, Antoni Premyer Liqanın cari mövsümündə 8 oyun keçirib.